Ön Səhifə » 2010 » İyul » 9 » Sayokan Döyüş sistemi üzrə I-açıq Suraxanı çempionatına yekun vuruldu .
19:31
Sayokan Döyüş sistemi üzrə I-açıq Suraxanı çempionatına yekun vuruldu .
23 iyul 2010 cu il tarixində ilk dəfə olaraq Sayokan Döyüş sistemi üzrə Suraxanı çempionatı keçirildi .
Çempionat qapalı oldugundan yalnız Suraxanı rayonunda fealiyyət göstərən bölmələr qatıldı. Günəşli, Qala ramanı və Ramanı bölmələrindən ibarət 80 Sayokançı bu çempionatda Sayokan döyüş növünün A sistemi üzrə mübarizə apardılar. Komanda hesabı üzrə Günəşli 1-ci yer, Ramanı 2 yer, Qala Ramanı 3 yer qazandı.
Elşən Məmmədov , Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Bakı Filialının sədri : « Məqsədimiz sistemli fəaliyyət göstərərık tez bir zamanda Sayokanı nəinki ölkəmizdə Dünya Sayokan arenasında təmsil etməkdi. Bizim bu sürətli inkişafımıza, bacarıqlı kollektiv və başımızda duran rəhbərimizin səyi nəticəsində nail olunub. Biz bu gün ilk dəfə olaraq filial kimi çempionat keçirdirik, inanıram ki yaxın zamanda Sayokanın digər filiallarıda bu istiqamətdə özünü göstərəcək.»
Qeyd edək ki, Turnir Bakı Sayokan Filialının sədri Elşən Məmmədov, Suraxanı Sayokan Filialının Sədri Anar Bayramov və Abdullayev Rac, tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.