Azərbaycan İdmançıları 4-5 Avgust 2009 cu il Sayokan Döyüş Sənətinin qərərgahında Seminarda iştirak etdi . - 14 Августа 2009 - Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi
Ön Səhifə » 2009 » Avqust » 14 » Azərbaycan İdmançıları 4-5 Avgust 2009 cu il Sayokan Döyüş Sənətinin qərərgahında Seminarda iştirak etdi .
10:21
Azərbaycan İdmançıları 4-5 Avgust 2009 cu il Sayokan Döyüş Sənətinin qərərgahında Seminarda iştirak etdi .
Azərbaycan Sayokan Doyuş Novləri Mərkəzi 4-5 avqust 2009 cu il Turkiyə cumhuriyyəti Safranbolu şəhərində təşkil olunan Sayokan döyüş sistemi üzrə seminarda iştirak etdi. Azərbaycan Sayokançılarını Safranbolu Otokarında Yabgu Nihat Yigit və Taygun Mucahit Coşkun qarşıladılar. İdmançılarımız bu Tarixi Safranbolu şəhərciyində göstərilən dogma munasibətdə sanki bir keçmişə düşmüşdülər. İki gün keçirilən seminarda Sayokan döyüş sənətinin qurucusu Yabgu Nihat Yigit bu döyüş sənətinin bir neçə xsusiyətləri və başqa döyüş sistemlərindən üstünlükləri barədə təlimlər keçdi. İki gün çox az zaman olsada , idmançılarımız ərzində bu vaxt ərzində Sayokan Döyüş sənətinin sirləri ilə yaxından tanış olduqca Sayokan döyüş sənətinə dahada sevgiylə valeh oldular. Bu seminarda Taygun Mucahit Coşkun Sayokan döyüş sisteminin öyrədilməsində idmançılarımıza mustəsna xidmət etdi. Azərbaycan İdmançıları , Bilalov Ramil, Tural Rəhimov, Bagırov Ramil, Arzu Eyvazova, Əliyev Anar, Abdurrəhmanov Asiman bu seminardan çox faydalanaraq razi qaldılar və Yabgu Nihat Yigitın Azərbaycana gələrək belə seminarların keçirilməsininin vacib oldugunu vurguladılar. Sonda Azərbaycan Sayokan Doyuş Novləri Mərkəzinin Prezidenti Vasif Namazov bu seminarın keçirilməsində və Azərbaycan idmançılarına göstərdikləri dogmalıga , qaygıya görə Sayokan döyüş sənətinin qurucusu Yabgu Nihat Yigit a , Taygun Mucahit Coşkuna və Taygun Ramazan Sevincə dərin təşəkurunu bildirdi.