Vasif Namazsoy “Beynəlxalq arenada Türkiyə, Qazaxıstan və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var . - 14 Августа 2009 - Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi

Bazar günü, 01.08.2010, 14:36
Bu cür daxilsiniz Qonaq | Qrup "Qonaqlar" | RSS

S A Y O K A N

savaşçının yolu və kanı


Ön Səhifə | | Mənim Profaylim | Çıxış
Menyu
Giriş Forması
E-mail:
Şifrə:
TAMİŞİVARİ
Mini-çat
200
Sorgu
Hansı döyüş növunə maraq çoxdu?
Cəmi cavablar: 250
Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Reklamlar

Регистрация в каталогах, добавить сайт
в каталоги, статьи про раскрутку сайтов, web дизайн, flash, photoshop,
хостинг, рассылки; форум, баннерная сеть, каталог сайтов, услуги
продвижения и рекламы сайтов

Reklam
Ön Səhifə » 2009 » Avqust » 14 » Vasif Namazsoy “Beynəlxalq arenada Türkiyə, Qazaxıstan və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var .
10:15
Vasif Namazsoy “Beynəlxalq arenada Türkiyə, Qazaxıstan və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var .

Bu gün gənc nəsilin tərbiyəsində idmanın mühum rolu var və hər bir millətin fiziki cəhətdən,sağlam nəsilinin formalaşmasında idman mühum rol oynayır. Son vaxtlar  dövlət səviyyəsində idmana böyük diqqət var və artıq idmançılarımız beynelxalq yarışlarda nailiyyətlər əldə edirlər. Azərbaycanın üç rəngli bayrağını zirvələrə qaldırırlar. Bu gün belə bir idman növlərindən biridə Türk döyüş Sənəti (SAYOKAN-dır) SAYOKAN nədir və bu idman növü haqqında məlumat almaq üçün SAYOKAN nın Azərbaycan üzrə təmsilcisi Vasif Namazovun Bakı Strateji Araşdırmalar Mərkəzinə  müsahibəsi

 

    Vasif bəy xöş gördük. Sizə ilk sualımız Azərbaycana yeni gətirdiyiniz döyüş sənəti SAYOKAN la bağlıdır. Bu haqda oxucularımıza  bilgi vermənizi istərdik.

 

    ilk öncə müsahibə üçün təşəkkür edirəm, məlum oldugu kimi Sayokanda başqa döyüş sənətləri kimi, dünyada əlaqəli döyüş sənəti kimi tanınmaqdadır.  Ancaq  Sayokanın başqa döyüş növlərindən bu döyüş növünün türk döyüş sənəti olduğunu və türk millətlərinin tarixi,mədəniyyəti və  ərdəmliyini ortaya qoymaqdadir.

 

  Siz nə vaxtdan SAYOKAN - nın Azərbaycan üzrə nümayəndəliyinin təmsilcisi təyin olundunuz və təyin olduğunuz vaxtdan indiyə kimi hansısa yerli tədbirlər keçirmisinizmi?

 

Qeyd edim ki, biz  2002 ci ildən etibarən müxtəlif döyüş növləri federasiyaları ilə  bərabər işləmişik. Azərbaycanda kyokuşin, aşihara, enşin, tsu şin gen karate növləri kimi  yapon döyüş sənətlərini inkişaf etdirmişik. 2004 ildən etibarən Beynəlxalq Döyüş Növləri Assosasiyası Azərbaycan Nümayəndəliyi adı altında fəaliyyət göstərmişik. Sayokanla tanişligimiz 2006 cı ilə təsadüf edir.  Ancaq  əfsuslar olsun ki, bu döyüş sənətini lap yaxından 2008 ilin dekabr ayinda Türkiyədə tam yaxından taniş olduq. Sayokan Döyüş Sənətinin banisi Yabgu Nihat YİGİT ilə tanış olaraq ondan çox bilgilər əldə etdik. Sayokanın Azərbaycanda fəaliyyətinə  2009 ilin yeni ayı Yanvar ayından başlamışıq. Azərbaycanda yuxarıda qeyd etdiyim mövcud olan qurumumuzun idarə heyyətinin qərarı ilə yanvar ayından etibarən Sayokan Döyüş Sənətini Azərbaycanda yüksək səviyyədə təmsil edəcəyimizə qarşımıza məqsəd qoyaraq hamılıqla qərar vermişik. Artiq beş  aydı ki, Sayokan Döyüş Sənəti  Azərbaycanda tanıtdırılır    inkişaf etdirilir. Bu  5 ay ərzində 1 respublika seminarı, 1 turnir  təşkil etmişik ki, bunuda həm mediada , həmdə  yeni  web sayt istifadəyə verərək www.sayokan-az.com   bu sayt vasitəsi ilə  fəaliyyətimizi  nümayiş  etdiririk.  Hal hazırda Sayokan Döyüş Növləri Mərkəzi altında fəaliyyət göstəririk və bu mərkəz  rəsmi olaraq qeydiyyata alinmiş bir qurumdur. Bu il  hələ bir çox  planlarımız var ki, bunlar yaxın zamanda idarə heyyətinin qərarı ilə  təsdiq ediləcək və  web sayt vasitəsi ilə diqqətinizə çatdırılacaq.

 

   Bu gün Azərbaycanda bir cox idman növləri var,bəs SAYOKAN-nın bunlardan fərqləndirən cəhətlər varmı?  Yoxsa oda şərq döyüş növlərinin tərkib hissəsinə daxildir ?

 

  Yuxarıda  qeyd  etdiyim döyüş  növləri, hansı ki,  Azərbaycanda illərimizi bu döyüş növlərinin  inkişafına xərcləmişik, bu döyüş  növlərinin Sayokanla fərqləri  ondadır ki, Sayokan  öz tarixi keçmişinə, mədəniyyətinə və milli  dəyərlərinə söykənən bir Türk Döyüş Sənətidir. Onu da qeyd  etmək istərdim ki, Sayokan Döyüş Sənəti   yapon və çin döyüş sənətlərindən fərqli olaraq  insanların dini etiqadına mudaxilə etmir, yanı bu döyüş  sənətində  heç  bir dini ayinlər fəaliyyət göstərmir.

 

   SAYOKAN nın beynelxalq tedbirləri əsasən hansı ölkələrdə keçirilir. indiyə kimi belə bir tədbirlər keçirilbmi?

 

   Sayokan  dünya arenasında  qəbul edilən bir döyüş sənətidi, və bu döyüş  sənəti  avropa, asiya,amerika hətda afrika  qitələrində mövcud  olan ölkələrin bir çoxunda fəaliyyət  göstərir. Dünya Sayokan Federasiyası    Avroasiya   Sayokan Federasiyası  tərəfindən bu ölkələrə nəzarət edilir. Sayokan bir Türk Döyüş Sənəti olmagina baxmayaraq, bir çox avropa ölkələrində və amerikada  belə Sayokan Döyüş sənətinin cəng meydanları , yarışları    müxtəlif tədbirləri həyata  keçirilir. Sayokanda ən aktiv qurum kimi Böyük Britaniyada yerləşən Tanyu İsa Elemdagın rəhbərlik etdiyi Avroasiya Sayokan Federasiyasıdır.

 

    Azərbaycan türk torpağı olduğuna görə bu gün həqiqətəndə SAYOKAN kimi milli idman növlərimizin ölkəmizdə inkişafı zəruridir. Bu həmdə gənc nəsilin fiziki mənəvi və ideoloji cəhətdən tərbiyəsində mühüm rol oynayar. Bu gün Türk dünyası ilə əlaqələriniz hansı səviyyədədir ?

 

   Qeyd  edim ki, Sayokan Azərbaycanda  fəaliyyət  göstərəndən sonra bir çox klublar və  başqa döyüş sənətlərindən bizim Azərbaycan  Sayokan Döyüş Növləri Mərkəzinə axın var. 3 ayliq  kurs  sahəsində  biz mərkəzimizin bir  neçə fililaın açmışıq ki, bunlardan  Bakı – Ramanı, Suraxanı, Günəşi, Əhmədli rayon və qəsəbələrində, Sumqayıt şəhərində 5 bölmə,Beyləqan şəhəri, Füzuli rayonu, Gəncə, Agdam kimi regionlarda bölmələrimiz var. Bu gənc nəslin  milli  ruhda olmasına dəlalət edir ki, onlar Sayokana  maraq  göstərirlər. Beynəlxalq arenada Türkiyə, Qazaxıstan  və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var və  bu əlaqələr  artmaqdadır.

 

   Sizə dövlət səviyyəsində dəstək varmı?

 

     Hələ  heç bir dövlət qurumuna kömək barədə müraciət etməmişik, səbəb isə  rəsmi qurumumuzun qeydiyatdan keçməməsiidi. Artıq rəsmi şəkildə dövlət qeydiyyatından keçmişik,yaxin zamanda Azərbaycan İdman və Gənclər Nazirliyinə rəsmi müraciət edəcəyik.

 

   İnaniriq ki,SAYOKAN Azərbaycanda digər idman növləri arasında özünə yer tutacaqdır. SAYOKAN çıların səsi daim beynelxalq yarışlardan gələcək və  Türk dünyasının inteqrasiyada  sizin idmançılarınız  öz töhfələrini verəcəklər. Vasif bəy Tanrı Sizə bu yolda yar olsun.

 

   Çox  sagolun, məndə öz növbəmdə sizə və sizin kollektivə  Azərbaycan  Sayokan Döyüş Növləri Mərkəzi adından müsahibə üçün təşəkkür edirəm.

 

Söhbətləşdi: Elnur Eltürk

 

Baxanlar: 507 | Əlavə edən: admin | Retinq: 0.0/0
Şərhlərin cəmi: 0
Adı *:
Email:
Kod *:
Mesaj
Axtarış
Təqvim
«  Avqust 2009  »
B-eÇərÇ.aCümC.aŞənBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Arxiv Xəbərlər
Dost Saytlar
  • www.azerbaijan.az
  • www.heydar-aliyev.org
  • www.prezident.az
  • www.mehriban-aliyeva.org
  • www.noc-aze.org
  • www.baku-media.ru
  • www.mys.gov.az
  •  

  • www.sayokan.ucoz.ru
  • www.turksayokan.com
  • www.sayokan.org
  • www.sayokan.net
  • www.sayokan-usa.com
  • www.sayokan.co.uk
  • www.sayokan.be
  • www.sayokan.de
  • www.sayokan.ir
  • www.sayokan.blogcu.com
  • www.sayokanaltinpark.tr.gg
  • www.sayokanforum.com
  • www.sayokanalp.tr.gg
  • www.kyokushin.ucoz.kz
  •  

  • Kataloq
  • Reklamlar
    BANNER

    S A Y O K A N © 2010

    Бесплатный конструктор сайтов - uCoz