4-5 dekabr 2008 ci il tarixində Türkiyənin Ankara şəhərində keçirilən Dünya Hərbi döyüş Növləri Federasiyasının təşkil etdiyi karatenin semi kontakt və Full kontakt karate sistemi üzrə Dünya Çempionatında Azərbaycan İdmançıları yüksək nəaliyyətlər əldə edərək Azərbaycan bayragını yüksəkliklərə qaldırdılar.Yarış Ankaranın Böyük Anadolu otelində baş tutaraq Türkiyə, Misir Tunis, Qirgizstan, Rusiya Serbiya,Iran, Suriya,Gürcüstan, Bosniya,
Albaniya , Azərbaycan və s ölkələrdən olan idmançıların iştirakı ilə başa çatmışdır. Dünya Azərbaycanlıları kongresi Gənclər təşkilatı İdman deportamentinin sədri Vasif Namazovun Rəhbərliyi altinda aşagıdakı adları göstərilən idmançılarımız
Full-Kontakt karate
Yusubov Kamil 75 kq 1 yer
Zamanov Yaqub 70 kq 1 yer
Abbasov Fərahim 65 kq 1 yer
Semm kontakt karate
Qasımov Rəşad 75 kq 1- yer
Məmmədhəsənov Ramil 86 kq 1- yer
Məmmədov Razim 63 kq 2- yer
Bagırov İsrafil 50 kq 3- yer
Teymurov Nəsib 60 kq 2 yer
Əlicanov Vüsal 65 kq 2 yer
və K1 sistemi üzrə free fayt yarışında Həsənov Sərxan 60 kq çəkidə 2 yerə layiq görülmüşdür.
Yariş Türkiyənin 13 kanalında işıqlandırılmışdir və Tempo televiziyası tərəfindən yarış canlı yayimlanmışdır.
Elnur Eltürk
Türkyə Ankara şəhəri 5- Dekabr 2008 il |